Qəzzada atəşkəs rejimi bərpa edildi

media-ads_728_90

İsrailin siyasi rəhbərliyi Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri atəşkəs sazişinə riayət etməyə davam edəcək və onun hər hansı pozuntusuna sərt reaksiya verəcək”, – deyə bəyanatda qeyd olunub.

İsrail ordusu fələstinli radikalların atəşkəs rejimini pozduğunu bildirərək anklavın cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərinin atəşə tutulduğu hadisə barədə məlumat yayıb. İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HAMAS hərəkatını günahlandıraraq silahlı qüvvələrə radikallara qarşı tədbirlər görmək göstərişini verib. Bundan sonra ordu bütün anklav boyunca onlarla hədəfə zərbələr endirib. Daha sonra hərbçilər Rəfahdakı hadisə nəticəsində iki hərbçinin həlak olduğunu, daha birinin ağır yaralandığını dəqiqləşdiriblər. HAMAS nümayəndələri isə hərəkatın Rəfahda baş verən hadisə ilə əlaqəsini inkar ediblər.

media-ads_728_90
Paylaş