İsrail ordusu Qəzzanın çoxmərtəbəli binalarını vurur

media-ads_728_90

İsrail Müdafiə Qüvvələri artıq Qəzzada çoxmərtəbəli binalara zərbələr endirməyə başlayıb.

“TV1” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl irimiqyaslı hücumun bir neçə gün ərzində başlanacağı bildirilirdi.

“Yaxın günlərdə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində terrorçuluq infrastrukturuna – kameralara, komanda-müşahidə məntəqələrinə, snayper və tank əleyhinə atəş mövqelərinə, nəzarət və komanda komplekslərinə çevrilmiş binalara hücumlara başlayacaq”, – deyə bəyanatda qeyd olunur.

Mətbuat xidməti qeyd edir ki, irimiqyaslı hücum əməliyyatı ərəfəsində Qəzzada HAMAS hərəkatının hərbi qanadına aid birləşmələrin fəaliyyəti ilə bağlı geniş miqyasda məlumatlar toplanıb.

Nəticədə, Qəzza şəhərinin müxtəlif infrastruktur obyektlərində ələlxüsus çoxmərtəbəli binalarda HAMAS-ın yüksək aktivliyi müəyyən edilib.

media-ads_728_90
Paylaş