İsrail ordusu Qəzzaya yeni zərbələr endirib

media-ads_728_90

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına Fələstin radikal qruplaşmalarının atəşinə cavab olaraq yeni zərbələr endirməyə başlayıb.

“TV1” xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, İsrail tərəfinin əvvəllər HƏMAS hərəkatının “atəşkəs rejimini kobud şəkildə pozmasına” cavab olaraq həyata keçirilir.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Amerika tərəfində HƏMAS-ın atəşkəs rejimini pozacağına dair etibarlı məlumatlar var.

media-ads_728_90
Paylaş