İsrail Prezidentinə şübhəli bağlama göndərilib
İsrail Prezidenti İshaq Hersoq Londonda səfərdə olan zaman ona şübhəli bağlama göndərilib.
“TV1” xəbər verir ki, bu barədə “The Times of Israel” prezidentin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, bağlama qəbul olunub, yerli və İsrail təhlükəsizlik qüvvələri şübhəli obyektin araşdırılmasına başlayıb.
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq Böyük Britaniyada rəsmi səfərdədir.