İsrail Qəzzada atəşkəslə bağlı Trampın şərtlərini QƏBUL ETDİ
“İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifini qəbul edib”.
“TV1” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.
“İsrail müharibənin dayandırılması haqqında tammiqyaslı sazişi qəbul etməyə hazırdır. Bu saziş girovların azad edilməsini və HAMAS-ın silahdan imtina etməsini əhatə edəcək”, – deyə o bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp HAMAS-a “sonuncu dəfə xəbərdarlıq” edərək, İsrailin Qəzzada müharibənin dayandırılması şərtlərini qəbul etdiyini bildirib. D.Tramp söhbətin hansı şərtlərdən getdiyini dəqiqləşdirməyib.