İsrail Qəzzada son iki gündə 150-dən çox hədəfi vurub

media-ads_728_90

İsrail Hərbi Hava Qüvvələri və artilleriya korpusları son iki gün ərzində Qəzza şəhərində HAMAS-a məxsus 150-dən çox hədəfə zərbə endiriblər.

“TV1” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qəzza şəhərini tərk edən fələstinlilərin sayının isə 400 000-i ötdüyü ehtimal olunur.

İsrail ordusu hərbi əməliyyatların davam etdiyini bildirib.

“Sentyabrın 15-də silah istehsalı ilə məşğul olan HAMAS-ın İstehsal Qərargahı hədəfə alınıb. Zərbə zamanı terrorçular da hadisə yerində idi. Zərbədən sonra ikinci partlayış baş verdi. Bu da orada silahların olduğuna dəlalət edir”- deyə İsrail ordusunun məlumatında qeyd olunur.

media-ads_728_90
Paylaş