İsrail Qəzzadan olan bütün girovları dərhal qəbul etməyə hazırdır - Netanyahu
İsrail Qəzzadakı radikallar tərəfindən azad edilməli olan bütün girovların dərhal qəbuluna hazırdır.
“TV1” xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.
“İsrail bütün girovları dərhal qəbul etməyə hazırdır”, – deyə hökumət başçısı bildirib.
Netanyahu bu fikirləri itkin düşmüş və əsir götürülmüş şəxslərlə bağlı koordinator Qal Hirşlə söhbəti zamanı səsləndirib və baş nazirin ofisi tərəfindən yayılıb.