İsrail Qəzzadan qoşunlarını çıxarmağa hazırlaşır

media-ads_728_90

İsrail ordusu (IDF) HAMAS-la atəşkəs razılaşması çərçivəsində Qəzza zolağından qoşunların qismən çıxarılmasına hazırlıqların başlandığını elan edib.

“TV1” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında razılaşmanın həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb”, – məlumatda bildirilib.

media-ads_728_90
Paylaş