İsrail və HAMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıb
“Mən qürur hissi ilə bildirirəm ki, İsrail və HAMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar”.
“TV1” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bu o deməkdir ki, bütün girovlar tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.
“Bütün tərəflər ədalətli davranacaq. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür. Biz bu tarixi və misilsiz hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, – deyə D.Tramp qeyd edib.