İsrailə verilən meyit qalıqları HAMAS-ın əlindəki girovlara aid deyil
Dünən İsrailə təhvil verilən tabutdakı meyit qalıqları HAMAS-ın əlində olan girovlara aid deyil.
“TV1” İsrail mediasına istinadən xəbər verir ki, həmin qalıqlar hazırda HAMAS-ın əlində olan 13 israilli girovun meyitindən heç birinə məxsus deyil.
Qeyd edək ki, İsrail HAMAS-ı girov meyitlərinin qaytarılmasını bilərəkdən ləngitməkdə ittiham edir, HAMAS isə meyitlərin tapılıb-çıxarılması üçün lazımı texnikaya malik olmadığını və bu səbəbdən gecikmələrin olduğunu bildirir.








