İsraillə HƏMAS arasında atəşkəs razılaşması QÜVVƏYƏ MİNDİ

media-ads_728_90

İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.

“TV1” xəbər verir ki,  bu barədə Misir mətbuatı məlumat yayıb.

Bildirilir ki, HAMAS hərəkatı vasitəçi ölkələrə təşəkkürünü ifadə edib:

“Qardaş ölkələr- Qətər, Misir və Türkiyədəki vasitəçilərin səylərini böyük minnətdarlıqla qarşılayırıq. Eyni zamanda, müharibənin tamamilə dayandırılması və işğalçı İsrailin Qəzzada tam şəkildə çıxarılmasına yönələn səylərinə görə ABŞ Prezidenti Donald Trampın təşəbbüslərini də yüksək qiymətləndiririk”.

Açıqlamada həmçinin beynəlxalq ictimaiyyətə müraciət edilərək, İsrailin razılaşma üzrə öhdəliklərini yerinə yetirməyə məcbur edilməli olduğu və əldə olunmuş razılaşmaların icrasından yayınmasına imkan verilməməli olduğu vurğulanıb.

media-ads_728_90
Paylaş