İsrailli nazirlər persona non-qrata elan edildi

media-ads_728_90

Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Betsalel Smotriçi “persona non-grata” elan edib.

“TV1” xəbər verir ki, bu barədə yerli NOS kanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən məlumat yayıb.

Bildirilib ki, nazirlərin Niderlanda girişləri qadağan edilib.

Sənədə görə, B.Smotriç və İ.Ben-Qvir qanunsuz məskənlərin genişləndirilməsini israrlı şəkildə müdafiə edib və Qəzza zolağında etnik təmizləməyə çağırıblar.

 

media-ads_728_90
Paylaş