“İstisu”nun Belarusa ixracına dair niyyət protokolu imzalanıb
Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub.
“TV1” xəbər verir ki, təqdimatda Baş nazir Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.
Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb. /apa/