İtaliyada iki qatar toqquşub
İtaliyanın Trento bölgəsində iki qatar toqquşub.
“TV1” xəbər verir ki, hadisə nəticəsində bir vaqon relsdən çıxıb, iki nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb olunub.
Brenner-Trento xəttində qatarların hərəkəti dayandırılıb.








