İzmirdə iki polisi öldürən şəxs zərərsizləşdirildi - YENİLƏNİB 2/VİDEO
Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.
“TV1” xəbər verir ki, yerli medianın məlumatına görə, bu gün səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.
11:45 ————————————————————————————————————————————–
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadicə nəticəsində 2 polis əməkdaşı həlak olub.
Silahlı hücumun 16 yaşlı şəxs tərəfindən edildiyi bildirilir.
11:07 ————————————————————————————————————————————-
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum olub.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, hücum nəticəsində iki polis həlak olub, biri yaralanıb.
Hücum edən şəxsin 16 yaşında olduğu deyilir.