Kamçatka sahillərində bir saatda 8 zəlzələ olub

media-ads_728_90

Kamçatka sahillərində bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.

Yeraltı təkanların gücü 2-3 bal olub.

Qeyd edək ki, dünən Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

media-ads_728_90
Paylaş