Kamçatkada güclü zəlzələ olub - Növbəti dəfə
Rusiyanın Kamçatka bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Təhqiqat Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 89 kilometr aralı qeydə alınıb.
Zəlzələ 26,2 kilometr dərinlikdə olub.
Qeyd edək ki, Kamçatka bölgəsində iyulun 30-da Kamçatkada 8,7 bal gücündə zəlzələ olub. Bundan sonra isə 30-a yaxın afterşok və sunami baş verib.