Kamçatkada yenə güclü zəlzələ olub - Sunami təhlükəsi...

media-ads_728_90

Rusiyanın Kamçatka yarımadasında 7,4–7,7 bal gücündə zəlzələ baş verib.

“TV1” xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskiydən 111 kilometr şərqdə, 39,5 kilometr dərinlikdə qeydə alınıb.

Kamçatka qubernatoru Vladimir Solodov bölgədə sunami təhlükəsi elan olunduğunu və fövqəladə xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

İlkin məlumata əsasən, dağıntı və ciddi ziyan barədə məlumat yoxdur.

media-ads_728_90
Paylaş