Kamçatkada yenidən güclü zəlzələ oldu
Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 177 km aralıda baş verib. Zəlzələnin ocağı 17,4 km dərinlikdə yerləşib.