Kanada ABŞ-ın tərkibinə daxil olmayacaq - Mark Karni
Kanadanın yeni baş naziri Mark Karni ölkəsinin ABŞ-ın tərkibinə daxil olmayacağını bildirib.
“TV1” xəbər verir ki, bu barədə “CBC” televiziya kanalı xəbər verib.
“Bu ağılsızlıqdır. Bu ağılasığmaz fikirdir”, – deyə M.Karni jurnalistlərin ABŞ-ın dövlət katibi Marko Rubionun sözləri ilə bağlı sualına cavab verərkən deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Kanadanın Amerikanın 51-ci ştatı olması fikrini səsləndirib. Cavabında isə M.Karni bildirib ki, Kanada heç vaxt, heç bir formada Amerikanın bir hissəsi olmayacaq.