Kənd təsərrüfatına ayrılacaq vəsaitin HƏCMİ

media-ads_728_90

2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 1976,8 milyon manat məbləğində vəsait ayrılacaq.

“TV1” xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1222,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu da 2025-ci illə müqayisədə 18,3 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126,4 milyon manat və ya 11,5 faiz çoxdur.

media-ads_728_90
Paylaş