Keniyada təyyarə qəzaya uğrayıb - 11 nəfər ölüb

media-ads_728_90

Keniyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” “Mombasa Air Safari” aviaşirkətinin bəyanatına istinadən məlumat yayıb.

“Təəssüf ki, sağ qalan yoxdur”, – bəyanatda bildirilib.

Qeyd edilib ki, təyyarə Macarıstandan və Almaniyadan olan turistləri daşıyırdı. Onun göyərtəsində 10 sərnişin və bir ekipaj üzvü olub.

media-ads_728_90
Paylaş