Kimlər məktəb direktoru ola bilər? - MÜTDA
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktorların işə qəbulu ilə bağlı yaydığı sual-cavab faylında məlumat verilib.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/ direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.








