KİV: İran ərazisində Hirkan meşələri talan edilir

media-ads_728_90

Hirkan meşələrinin İran ərazisində ağacların qanunsuz yolla kəsilməsi artıb.

“TV1” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, Hirkan meşələrindəki minillik ağaclar kəsilir. İranın şimalında Mazandaran və Gilan əyalətlərindən odun qaçaqmalçılığı artıq adi hala çevrilib.

Məlumata görə, buna səbəb məmurların tamahkarlığı, inzibati korrupsiya və ciddi nəzarət zəifliyidir.

Hirkan meşələrinin 40 milyon ildən çox yaşı olduğu bildirilr. O, dünyanın ən qədim meşələrindən biridir. Hirkan meşəsi UNESCO-nun Təbii İrs Siyahısına daxil edilib.

İranda 2010-cu ildən sonra meşələrin kommersiya məqsədilə istismarı qadağan edilib. Bununla belə, odun qaçaqmalçılığı nəinki dayanmayıb, hətta yeraltı və daha mürəkkəb xarakter alıb.

Bu meşənin bir hissəsi Azərbaycan Respublikası ərazisindədir. Hirkan Milli Parkı Azərbaycanın Lənkəran rayonunda yerləşir. 2004-cü ildə qoruq, Milli Park elan edilib. Ərazisi 40 358 hektar (403,58 km²) sahəni əhatə edir.

media-ads_728_90
Paylaş