Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.
“TV1” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti bildirilib.
Qeyd olunub ki, buna səbəb E.Valtonenin ötən gün Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.