Köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb - YENİLƏNİB

media-ads_728_90

Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb.

“TV1” xəbər verir ki, Daşbulaq və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya isə 6 ailə (19 nəfər) köçürülüb.

****

12:40

Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb.

“TV1” xəbər verir ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq.

media-ads_728_90
Paylaş