Konstitusiyanın 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək
Konstitusiyanın 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.
“TV1” xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrn 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
İclasda “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.