Kremldən sərt reaksiya: Vaşinqtonda konstruktiv ideyalar eşitmədik
“Rusiya Avropa liderlərinin Vaşinqtona səfərləri zamanı onlardan Ukraynada vəziyyətin nizamlanması ilə bağlı konstruktiv ideyalar eşitməyib”.
“TV1” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
“Biz hələlik yalnız vəziyyətin son dərəcə gərginləşdirilməsini, ABŞ Prezidenti Donald Trampın mövqeyini dəyişdirmək cəhdlərini görürük”, – deyə o qeyd edib.