Kremldən Trampın ultimatumuna REAKSİYA

media-ads_728_90

Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.

“TV1”TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib.

D.Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.

Qeyd edək ki, D.Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.

media-ads_728_90
Paylaş