Kritik görüş: Tramp Qətərin Baş naziri ilə görüşdü
ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani ilə görüşüb.
“TV1” xəbər verir ki, bu barədə Ağ Ev administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında görüş planlaşdırıldığı kimi, şam yeməyi ətrafında baş tutub.
Görüşün digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, İsrailin Qətərin paytaxtı Dohada HAMAS rəhbərliyinə qarşı keçirdiyi hücum beynəlxalq miqyasda böyük rezonans doğurub. Qətər rəsmiləri bu zərbəni “xəyanət” kimi qiymətləndiriblər. Belə ki, ABŞ və İsrail əvvəllər Qətərə HAMAS liderlərinin onun ərazisində vurulmayacağına dair birbaşa təminat vermişdi.
ABŞ tərəfi Qətər əməliyyatından yalnız 10 dəqiqə əvvəl xəbərdar edib, bu isə Dohada ciddi narazılıq doğurub.