Küləkli hava həftəsonunadək davam edəcək
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.