Bakıda külək güclənəcək

media-ads_728_90

Milli Hidrometeorologiya Xidməti sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən “TV1”-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

media-ads_728_90
Paylaş