Kürəkənini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən qayınata SAXLANILDI

media-ads_728_90

Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.

“TV1” xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb. Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.

Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub, ibtidai istintaq davam etdirilir. /report/

 

 

media-ads_728_90
Paylaş