Laçın şəhərinə köçürülmüş əhalinin sayı 3 mindən çoxdur - Prezidentin xüsusi nümayəndəsi

media-ads_728_90

“Laçında bərpa işləri davam edir. Laçın şəhərinin birinci mərhələsinin bərpası başa çatıb. Bununla yanaşı, Laçın yaxınlığında olan Zabux, Bəylik və Sus kəndlərində yaşayış evləri inşa edilib, ora sakinlər köçürülüb. Laçına köçürülmüş əhalinin sayı 3 min 600-ə yaxındır. Bu proses davam edir”.

“TV1” xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Sosial obyektlər, məktəb və uşaq bağçaları tikilir. Bu ilin sentyabrından etibarən yeni yaşayış kompleksinin inşasına başlamağı planlaşdırırıq. Layihə son mərhələdədir. Həmçinin, 2027-ci ildə Şəlvə kəndində yaşayış evlərinin tikilməsi nəzərdə tutulur”, – deyə M.Məmmədov deyib. /azərtac/

 

media-ads_728_90
Paylaş