Leysan İspaniyada xaosa səbəb olub

media-ads_728_90

“Alisa” qasırğası İspaniyanın şərqini vurub. AEMET meteoroloji xidməti Valensiyada qırmızı, Kataloniya və Balear adalarında narıncı həyəcan siqnalı elan edib. Tufan, leysan, dolu, güclü küləyin əsəcəyi gözlənilir.

“TV1” xəbər verir ki, xarici KİV-lərin veridiyi məlumata görə leysin səbəbindən Kataloniyanın Qandiya və Şerako yaşayış məntəqələri arasında qatarların hərəkəti dayandırılıb. Bölgənin müxtəlif ərazilərində avtomobil yollarının təmizlənməsi üçün ağır texnika cəlb olunub.

Qodallda onlarla evi su basıb. Bələdiyyə binası qismən dağıdılıb. Onlarla avtomobili sel suları aparıb.

“Biz ikinci mərtəbəyə qalxdığımız üçün xilas olduq. Cəmi bir neçə dəqiqə ərzində meydan dənizə çevrildi”, – deyə yerli barlardan birinin sahibi Blanka Ballester “La Vanguardia” nəşrinə bildirib.

Valensiyada fırtına 400-ə yaxın yol qəzasına səbəb olub.

media-ads_728_90
Paylaş