Lisenziyasız fəaliyyət göstərən özəl klinikalara 30 min manatadək CƏRİMƏ

media-ads_728_90

“Özəl tibb müəssisələrinin lisenziyadan kənar fəaliyyətinə qanunla icazə verilmir”.

“TV1” xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova bildirib.

Onun sözlərinə görə, belə fəaliyyətlər qanunsuz hesab olunur və müəssisələrə qarşı inzibati tədbirlər görülür:

“Qanunsuz fəaliyyət aşkarlanarsa, fiziki şəxslərə 2 000 – 3 000 manat, vəzifəli şəxslərə 5 000 – 10 000 manat, hüquqi şəxslərə isə 20 000 – 30 000 manat cərimə tətbiq edilir”, – deyə T. Həsənova vurğulayıb.

media-ads_728_90
Paylaş