London–Pekin reysi Nijnevartovska təcili eniş etdi - 311 sərnişin...
Londondan Pekinə uçan “Air China” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nijnevartovsk hava limanına planlaşdırılmamış eniş edib.
“TV1” TASS-a istinadən xəbər verir ki, hadisə barədə məlumatı Ural Nəqliyyat Prokurorluğu təsdiqləyib və enişin uğurlu olduğu bildirilib.
Bildirilib ki, təyyarənin göyərtəsində təxminən 311 sərnişin olub. Hazırda Surqut Nəqliyyat Prokurorluğu və hava limanı xidməti vəziyyətə nəzarət edir.