"Lufthansa" 4 min iş yerini ixtisar edəcək
Almaniyanın milli aviaşirkəti “Lufthansa” 2030-cu ilə qədər avtomatlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi yolu ilə inzibati heyətini 4000 nəfər azaldacaq.
“TV1” “TASS”a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, “Lufthansa” bu addımın gəlirliliyi artıracağını və biznes strategiyasını optimallaşdıracağını gözləyir.
“Lufthansa” həmçinin öz donanmasını genişləndirmək və Almaniyanın aşağı büdcəli aviaşirkəti “Eurowings” və yükdaşıyıcıları ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.