Aleksandr Lukaşenko və Məsud Pezeşkian Minskdə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Məsud Pezeşkian Minskdə görüşüb.
“TV1” xəbər verir ki, Belarus KİV-nin məlumatına görə, prezidentlər ticarət, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığı, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, həmçinin dövlətlərin Aİİ, ŞƏT, BRİCS, BMT kimi beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.