Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb.
“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.