Makron haqqında qətnamə layihəsi yenidən parlamentə təqdim ediləcək

media-ads_728_90

Solçu “Əyilməz Fransa” partiyası ölkə parlamentinə yenidən prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə layihəsi təqdim edəcək.

“TV1” xəbər verir ki, bunu partiyanın parlament fraksiyasının lideri Matilda Pano bəyan edib.

Bundan əlavə, o, parlamentin “Əyilməz Fransa” tərəfindən təqdim edilmiş Sebastyan Lekornyunun başçılıq etdiyi hökumətə etimadsızlıq qətnaməsini rədd etməsindən təəssüfləndiyini bildirib.

“Cəmi 18 səs çatmadı”, – deyə o, qeyd edib.

media-ads_728_90
Paylaş