Mançesterdə sinaqoqa hücum olub - Ölən və yaralananlar var
İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, hücum edən şəxs polis tərəfindən güllələnib.
Onun vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib. Mançesterin meri Endi Börnhem baş verənləri ciddi insident adlandırıb.
Baş nazir Kir Starmer isə hücumun yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda baş verməsini xüsusilə dəhşətli adlandırıb. O, bu səbəbdən Danimarkaya səfərini yarımçıq dayandıraraq Londonda təcili “Cobra” toplantısına sədrlik edəcək.
Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı təsdiqlənib.