Məhkəmə Bəşər Əsədin həbsinə qərar verdi
2011-ci ildə Dərada baş verən hadisələrlə bağlı ittihamlarla təqsirli bilinən Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.
“TV1” xəbər verir ki, bu barədə hakim Tofiq Əl-Əli SANA-ya bildirib.
Onun sözlərinə görə, devrilmiş rejimə qarşı çıxarılan həbs qərarına qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və digər ittihamlar daxildir:
“Məhkəmənin qərarı İnterpol vasitəsilə bütün dünyada “qırmızı bülleten”in verilməsinə və beynəlxalq təhqiqatın aparılmasına yol açır”.
Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olmuş Bəşər Əsəd ötən il dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.