Mərkəzi Bank inflyasiya proqnozunu AÇIQLAYIB

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib.

“Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, – deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-da açıqlanacaq.

media-ads_728_90
Paylaş