Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.”, – deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

media-ads_728_90
Paylaş