Metroda doğulan körpənin və anasının vəziyyəti açıqlandı

media-ads_728_90

“Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.

36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

 

media-ads_728_90
Paylaş