Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib 

media-ads_728_90

Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk yarış günü başa çatıb.

“TV1” xəbər verir ki, Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə keçirilən turnirin ilk günü Füzulidə Köndələnçay su anbarında təşkil olunub.

Rəsmi açılış mərasimindən sonra yarışlara start verilib gərgin və maraqlı keçən mübarizədə ilk gündə kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər keçirilib. Nəticələrə əsasən, müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli (hər ikisi 2008/2009, 1 nəfərlik kayak yarışı) gümüş, Hüseyn Səmədli (2008/2009, 1 nəfərlik kanoe yarışı) və Elmir Tağıyev (2010/2011, 1 nəfərlik kayak yarışı) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqatanın növbəti iki günü Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

media-ads_728_90
Paylaş