Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı

media-ads_728_90

Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, batan şəxsin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun meyiti Qarabağ kanalında batdığı ərazidə aşkarlanıb.

media-ads_728_90
Paylaş