Mirzoyan fransalı nazirlə Vaşinqton razılaşmalarını müzakirə edib

media-ads_728_90

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransa xarici işlər nazir Jan-Noel Barro ilə görüşüb.

“TV1” “Armenpress”ə istinadən xəbər verir ki, nazirlər Ermənistan və Fransa arasında əməkdaşlığın bütün gündəliyini müzakirə ediblər.

Strateji əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər, eləcə də Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmsöhbətlər çoxtərəfli platforma və formatlarda səmərəli əməkdaşlığın təmin edilməsi təşəbbüslərini də müzakirə ediblər.

Ararat Mirzoyan və Jan-Noel Barro regional reallıqlar, o cümlədən avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların icrası ətrafında fikir mübadiləsi aparıblar.

media-ads_728_90
Paylaş