Misir Prezidenti Donald Trampı “Nil” ordeni ilə təltif edib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampı “Nil” ordeni ilə təltif edib.
“TV1” xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Misirin Ali ordeni ABŞ Prezidentinin sülh səylərinin dəstəklənməsində və münaqişələrin azalmasında göstərdiyi mühüm töhfələrə, o cümlədən Qəzza müharibəsinin dayandırılmasındakı roluna görə verilib.